Gəncədə Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı tədbir təşkil olunubbackend

Gəncədə Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı tədbir təşkil olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

01 dekabr 2022-ci il tarixində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin, Gənclər Evi SXM-nin, Gəncə Tibb Kollecinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı və Ombudsmanın Gəncə Regional Mərkəzinin dəstəyi ilə “1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü”nə həsr olunmuş “Sağlam ol, gələcəyini düşün” adlı maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən natiqlər, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov, Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov QİÇS-lə bağlı maarifləndirici tədbirlərin daha da gücləndirilməsi, gənclər arasında informasiya şəbəkəsinin genişləndirilməsi və hüquqi aspektlərindən danışıblar.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Gəncə Regional laboratoriyasının müdiri Afaq Əsədova və Gəncə Tibb Kollecinin həkimləri Aygün Fərəcova və Firuzə Adıgözəlova QİÇS-in (immunçatışmamazlıq virusu) yayılması, yayılma səbəbləri və ondan qorunmaq üçün müalicə profilaktika üsullarından necə istifadə edilməsi haqqında geniş məruzə ilə çıxış ediblər.

Tədbirin əsas məqsədi gənclərin diqqətini problemə cəlb etmək və problem ətrafında məlumat bazası yaratmaq idi.

Tədbirdə QİÇs-lə bağlı sosial videoçarx təqdim olundu.
Sonda Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Gəncə Regional laboratoriyasının əməkdaşları tərəfindən gənclər arasında test aparılıb.