Gəncə şəhər Beynəlxalq Hava Limanından Rusiyanın Vnukovo aeroportuna uçması planlaşdırılan aviareys təxirə salınıb.
Oxu.Az xəbər verir ki, saat 18:00-da həyata keçirilməsi gözlənilən uçuş sabah saat 12:00-dək təxirə düşüb.
İlkin məlumatlara əsasən, həmin aviareyslə 118 sərnişinin uçması nəzərdə tutulurdu. Sərnişinlərin bir qisminin Gəncə şəhərindəki hotellərə yerləşdirildiyi bildirilib.
Təxirə salınmanın səbəbinin təyyarədəki texniki nasazlıq olduğu ehtimal edilir.

