Gəncəli azarkeşlər futbolçuları “söhbət”ə çağırdı – FOTObackend

Gəncəli azarkeşlər futbolçuları “söhbət”ə çağırdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Premyer Liqasının 11-ci turunda “Kəpəz” “Turan Tovuz”un qonağı olub.

Editor.az publika.az-a istinadən xəbər verir ki, qərb derbisi Gəncə təmsilçisi üçün heç də uğurlu alınmayıb – 0:4.

Böyük hesablı məğlubiyyət “Kəpəz” azarkeşlərini qəzəbləndirib. Onların bir qismi Tovuz şəhər stadionunu tərk edib. Digərləri isə görüşün bitməyin gözləyib.

Təqribən 40-50 nəfərlik azarkeş qrupu futbolçuları yanlarına çağırıb, söhbət aparıblar.

Qonaq tribuna media sektoruna əks istiqamətdə yerləşdiyindən, tərəflər arasında hansı söhbətin getdiyini müəyyənləşdirmək mümkün olmayıb.