13-14 oktyabr 2017-ci il tarixində “Simurq” Təhsil Mərkəzinin konfrans zalında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər arasında İntellektual yarışma” adlı layihə həyata keçirilib.
UNEC tələbəsi olan, layihə rəhbəri Samir Sadıxov Gənclər Fondunun tələbələrin layihələrinə göstərdiyi dəstəkdən danışaraq, gəncləri öz layihələrini fonda təqdim etməyi tövsiyyə edib.
“Nə? Harda? Nə zaman?” formatında keçirilən yarışın məqsədi gənclərin dünya görüşünün və intellekt səviyyəsinin yüksəlməsinə xidmət etmək, eyni zamanda gənclər arasında intellektual yarışlara maraq yaratmaq, sosial layihə və tədbirlərdə iştiraka təşviq etməkdir.
Sonda fərqlənən tələbələrə sertfikat təqdim edilib.
