“Gənclər danışır” layihəsi davam edir-Millət vəkili gənclərin problemlərindən danışdıbackend

“Gənclər danışır” layihəsi davam edir-Millət vəkili gənclərin problemlərindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İslahatçı Gənclər” İctimai Birliyi Gənclər və İdman nazirliyinin dəstəyi ilə icra etdiyi “Gənclər danışır” virtual müzakirə platforması layihəsi davam edir. Layihənin bu dəfəki qonağı Millət vəkili, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədr müavini Şahin İsmayılov olub.

Qeyd edək ki, “Gənclər danışır” virtual müzakirə platformasının əsas məqsədi gəncləri maraqlandıran və narahat edən ictimai-sosial məsələləri gündəmə gətirmək, eyni zamanda aktual məsələlərlə bağlı müzakirə və debat formatlı proqramlar, maarifləndirici verilişlər hazırlamaqdır. Platforma bu çərçivədə gənclərin təhsil, səhiyyə, idman, mədəniyyət, məşğulluq problemləri, vətənpərvərlik, fərdi inkişaf, könüllülük, sahibkarlıq və s. fəaliyyəti ilə bağlı müxtəlif maarifləndirici, müzakirə və debat xarakterli video-proqramlar hazırlayır.