Gənclər Fondu gənclər təşkilatları üçün qrant müsabiqəsi elan etdibackend

Gənclər Fondu gənclər təşkilatları üçün qrant müsabiqəsi elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Respublikasının Gənclər Fondu gənclər təşkilatlarını 15-ci qrant müsabiqəsində iştirak etmək üçün yerli və beynəlxalq layihə kateqoriyaları üzrə müraciətlərini 24 iyul 2021-ci il saat 18:00-dək təqdim etməyə dəvət edir.
Editor.az xəbər verir ki,, müsabiqənin məqsədi Azərbaycan Ordusunun hərb tarixinə qızıl hərflərlə yazdığı şanlı qələbənin mahiyyətinin gənc nəsil arasında təbliğinə, Qarabağa qayıdış prosesində gənclərin və könüllülərin iştirakçılığının təmin edilməsinə, Qarabağın tarixi və mədəni irsi haqqında onların biliklərinin artırılmasına, erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasına, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin, həmçinin qazi və qəhrəmanlarımızın cəmiyyətə tanıdılmasına, müxtəlif sahələr üzrə gənclərin bilik və bacarıqlarının inkişafına, innovativ gəncliyin potensialının ortaya çıxarılmasına, sağlam düşüncəli gəncliyin yetişməsinə, Nizami Gəncəvi irsinin gənclər arasında təbliğinə, könüllülüyün inkişafına yönəlmiş layihələri dəstəkləmək, habelə Dövlət Gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən gənclər təşkilatlarının layihə təkliflərini qrant şəklində məqsədli maliyyələşdirib onlar üçün geniş və faydalı fəaliyyət sahəsi yaratmaqdır.
Müraciət etmək istəyən gənclər təşkilatları layihə təkliflərini Gənclər Fondunun rəsmi saytından “Elektron xidmət” bölməsi vasitəsi ilə təqdim etməlidirlər. Layihələrin maliyyələşdirilməsi üzrə sənəd və materiallar toplusu Fondun saytında yerləşdirilib.