Gənclər və İdman naziri Fərid Qayıbovun əmri ilə Gəncə Olimpiya İdman Kompleksinə direktor təyin edilib. Editor.az-ın yerli bürosunun verdiyi məlumata görə, əməkdar məşqçi, təcrübəli idman funksioneri İntiqam Hüseynov kompleksə rəhbər vəzifəsinə gətirilib.
“Artıq işimin başındayam, təhvil-təslim prosesi gedir”,- deyə İ.Hüseynov bildirib.
Qeyd edək ki, yeni direktor daha öncə Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının direktoru olub.
//İlham, Editor.az

