Gənclər və İdman Nazirliyinin yaranması günü münasibətilə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsində tədbir keçirilibbackend

Gənclər və İdman Nazirliyinin yaranması günü münasibətilə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsində tədbir keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

26 iyul Gənclər və İdman Nazirliyinin yaranması günü münasibətilə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsində dəyirmi masa arxasında tədbir keçirilib.

Editor.az xəbər verir ki, tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək, Gənclər və İdman Nazirliyinin yaranmasın 27-ci il münasibətilə Baş İdarənin əməkdaşlarını təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Baş İdarənin bir sıra əməkdaşları Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirovun müvafiq əmri ilə 26 iyul Gənclər və İdman Nazirliyinin yaranması günü münüsibəti ilə, gənclərlə iş sahəsində, bədən tərbiyəsi və idmanın inkişafında, həmçinin dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Baş İdarənin baş mühasibi Tamara Hüseynova,İdman sektorunun baş məsləhətçisi Elvin Bəşirov, Təşkilat sektorunun böyük mütəxəssisi Zərqələm Abbasova və Gənclərlə iş sektorunun böyük mütəxəssisi Elçin Zeynalov Fəxri Fərmanla təltif olunub.