Hər il gənclər və idman sahəsində həyata keçirilən siyasətin bəhrəsini görürük.
Editor.az Trend-ə istinadən bildirir ki, bunu Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev yeni gənclər və idman naziri Fərid Qayıbovun kollektivə təqdimatı zamanı deyib.
O qeyd edib ki, F.Qayıbov idman ictimaiyyətinə yaxşı tanınan bir şəxdir: “Fərid Qayıbov Avropa Gimastika Federasiyasının Prezidenti seçilib. İdman sahəsində biliyi, təcrübəsi ona dövlət başçısı tərəfindən etimad göstərilməsinin əsasını təşkil edib”.

