“Gənclər və Türk Dünyası Mədəniyyəti” adlı tədbir keçirilib- FOTOLARbackend

“Gənclər və Türk Dünyası Mədəniyyəti” adlı tədbir keçirilib- FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət Nazirliyi, Dünya Türk İş Konseyi, TÜRKSOY, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Türk Mədəniyyəti və İrsi Fondu, Baku Media Center və “Azərlotereya” ASC-nin dəstəyi ilə keçirilən “Gənclər və Türk Dünyası Mədəniyyəti” tədbiri çərçivəsində “Əmanətə Sədaqət” layihəsinin iştirakçıları ilə görüş təşkil edilib. Görüşün məqsədi zəngin Türk dünyası mədəniyyətini gənclərə tanıtmaq, onların bu irsin qorunaraq gələcək nəsillərə ötürülməsində fəal iştirakını təşviq etməkdən ibarət olub.

Tədbirdə çıxış edən Mədəniyyət nazirinin müavini Səadət Yusifova Türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsi və gənclər arasında mədəniyyət mübadiləsinin önəmini diqqətə çatdırıb. O, belə təşəbbüslərin gələcəkdə daha geniş miqyasda davam etdirilməsinin vacibliyini vurğulayıb.

Sonra “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş çıxışında dünyada türk mədəniyyətinin tanınması, dəyərlərimizin yaşadılmasında gənclərin böyük rolundan bəhs edərək “Əmanətə Sədaqət” layihəsindən bəhs edib. Bildirib ki, “Azərlotereya”nın dəstəyi ilə 3 ildir həyata keçirilən layihə hazırda 150 şəhid əmanətini əhatə edir. Layihə çərçivəsində Türkiyədə və Azərbaycanda təhsil alan şəhid övladlarının təhsil haqqı və yaşam xərcləri qarşılanır.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə də gənclərin türk dünyası mədəniyyəti ilə daha yaxından tanış olması baxımından tədbirin mahiyyətini yüksək qiymətləndirərək onlara uğurlar arzulayıb.
Daha sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova və TÜRKSOY-un nümayəndəsi Melik Özsöz çıxış edərək türk dünyasının zəngin mədəni irsi və ortaq dəyərlərin qorunmasının əhəmiyyətindən danışıblar.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra tələbələrin iştirakı ilə “Tağıyev: Neft” bədii filminin nümayişi olub.