Qarşıdakı 5 ildə müvafiq dövlət proqramı çərçivəsində ümumilikdə 2000 tələbənin xarici ölkələrin nüfuzlu ali təhsil ocaqlarında təhsil alması üçün imkanlar yaradılacaq.
Bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov “Xəzər Xəbər”ə deyib.
Seçimlərdən uğurlu keçən tələbələrin xaricdə təhsil alacağı müddətdə maliyyələşməsi dövlət tərəfindən həyata keçiriləcək.
Tural Əhmədov deyib ki, yeni dövlət proqramında ölkə iqtisadiyyatının inkişafı üçün ehtiyac olan prioritet ixtisaslar əsas götürüləcək.
Xaricdə dövlət proqramı çərçivəsində təhsil alacaq şəxslərlə müvafiq öhdəliklərin olacağı müqavilələrin imzalanması da nəzərdə tutulur. Həmin müqavilədə gənclərin təhsillərini bitirdikdən sonra ölkəyə qayıdan zaman işlə təminat məsələsinin də əks olunacaqğı gözlənilir.

