Gənclərin xarici ölkələrdə aldığı distant təhsil diplomu ona görə tanınmır ki… – Ekspert rəyibackend

Gənclərin xarici ölkələrdə aldığı distant təhsil diplomu ona görə tanınmır ki… – Ekspert rəyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günədək xarici universitetlərdə distant təhsil alan gənclər ölkədə diplomun tanıdılması istiqamətində ciddi çətinliklərlə üzləşirdi. Lakin 2020-ci ilin mart ayından başlayaraq Azərbaycanda da distant təhsil forması tətbiq olunur. Bu  isə onu deməyə əsas verir ki, xarici distant diplomun tanınmasından imtina üçün əsaslar aradan qalxır.

Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov açıqlamasında bildirib ki, 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” Qanunda təhsil alma formalarından biri kimi distant təhsil də nəzərdə tutulub:

“Eyni zamanda qanunun 13 və 15-ci maddəsinin əlavələrində qeyd edilib ki, əgər tədrisin normal qaydada həyata keçirilməsi mümkün deyilsə, xüsusi texniki imkanlarla bu tədris bərpa edilə bilər. Bizdə də 2020-ci ilin mart ayında məcburi qaydada məsafədən tədrisə keçildi. Burada əsas məsələ odur ki, Azərbaycanda keçirilən distant təhsillə Avropada keçirilə təhsil fərqlidir. Gənclərimizin Gürcüstan və ya Ukraynadan aldıqları distant təhsil diplomu ona görə tanınmır ki, bizdə məcburi qaydada bu təhsil forması tətbiq olundu, amma həmin ölkələrdə normal qaydada tədris olunur. İstər ənənəvi, istər distant qaydada olsun, diplomların tanınması zamanı həmin fənn üzrə yerinə yetirilməli olan tədris yükü var. Hətta siz dünyanın ən nüfuzlu universitetində də təhsil alsanız, geri dönəndə sizin kredit sayınız yetərli olmasa, bu, sizin həmin dərs yükünü mənimsəmədiyiniz mənasına gəlir. Məsələn, Ukraynada universitetlər var ki, qiyabi təhsilin müddəti 5-6 gündür, azərbaycanlılar da gedib oxuyur, gələndə də diplomları tanınmır. Çünki mövcud Mülki Məcəllənin müvafiq maddəsində deyilir ki, qiyabi  təhsil alan şəxs həmin ölkənin ərazisində ən azı 14 gün olmalıdır. Universitet də 5 gün dərs keçir. Tələbə niyə əlavə orada qalmalıdır?”.

Ekspert vurğulayıb ki, Azərbaycan diplomların tanınması ilə bağlı konvesiyaya qoşulsa da, çox ciddi məsələlər var ki, yerinə yetirilmir:

“İstər əyani, istər qiyabi, istərsə də distant təhsil olsun, spesifik ixtisaslar-hüquq, tibb-istisna olmaqla hər kəsin diplomu tanınmalıdır.  Keyfiyyətə Təminat İdarəsi diplomun həqiqiliyini yoxlaya, eləcə də o diploma sahib şəxsin savadını müəyyənləşdirə bilməz. Çünki onun savadını işəgötürən müəyyənləşdirir. Dövlət Qulluğuna qəbul tam şəffaf həyata keçirilir. Nazirlik diplomu tanısın, savada da bu qəbul zamanı qərar verilsin. Bizim bir digər təklifimiz də o idi ki, dünya reytinqində ilk 1000-likdə olan universitetlərin diplomları birbaşa tanınsın. Amma burada bir məsələ də var ki, Azərbaycan universitetlərinin heç biri ilk minlikdə deyil. Ona görə də başqasından tələb etmək biraz ayıbdır. Universitetin çəkisinə, mövqeyinə baxdıqdan sonra tanınma haqqında qərar qəbul etmək olar. Məsələn, mən ötən il 10 gün Ukraynanın bir neçə universitetində oldum, gördüm ki, bir çox universitetdə ayrıca korpus tikilib ki, orada Azərbaycan, Qazaxıstsan kimi ölkələrdən olan tələbələr hazır diplom alıb gedir. Amma həmin universitetlər öz tələbələrinə çox ciddi dərs keçirlər. Bizimkilər isə oradakı tədris dilini bilmirlər. Bunu artıq yoxlamaq lazım gəlir. Gənclər hazırda hüquqi yolla distant təhsili tanıda bilməzlər. Amma digər təhsil növlərini tanıda bilirlər ki, onun üçün də elə 4-5 il məhkəmə qapılarında gəzməlidirlər. Bu gün ölkə vətəndaşının cəmi 17 faizi ali təhsillidir, ona görə də diplomların tanınması sadələşdirilməlidir ki, əmək bazarında rəqabət mühiti yaransın”.

\\yenisabah.az