General Mövlan Şıxalıyev və dəstə üzvləri 14 milyon manat rüşvət almaqda təqsirləndirilirbackend

General Mövlan Şıxalıyev və dəstə üzvləri 14 milyon manat rüşvət almaqda təqsirləndirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ləğv olunan Mill Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev və digər şəxslərinin vətəndaşlardan nə qədər rüşvət aldığı və hədə-qorxu ilə pul tələb etdikləri məlum olub.

 

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, istintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

 

Qeyd edək ki, Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev və digər vəzifəli şəxsləri tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı Baş Prokurorluqda aparılan cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

 

Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

 

Loading...