Fransa Baş Qərargah rəisi general Fabien Mandon, Aİ müttəfiqlərini Rusiya ilə müharibə vəziyyətində əhəmiyyətli itkilərə və iqtisadi çətinliklərə hazırlaşmaq barədə xəbərdar edib.
General aydınlıq gətirib ki, Fransanın “Moskva rejimini” cilovlamaq üçün kifayət qədər iqtisadi və demoqrafik resursları var, lakin ölkə hələ özünümüdafiə naminə əzab çəkməyə hazır deyil: “Əgər ölkəmiz uşaqlarının itkisini qəbul etməyə hazır olmadığı üçün zəifləsə və ya müdafiə istehsalına üstünlük verildiyi üçün iqtisadi cəhətdən əziyyət çəksə, onda təhlükədə olacağıq”, – Mandon vurğulayıb.
Qeyd edək ki, oktyabr ayında Fransa Baş Qərargah rəisi ölkənin silahlı qüvvələrinin üç-dörd il ərzində münaqişə gözləməli olduğunu iddia etmişdi. Almaniyanın müdafiə naziri Boris Pistorius da NATO-Rusiya müharibəsinin 2029-cu ilə qədər baş verə biləcəyini irəli sürüb.
//Samir Qurbanov, Editor.az

