General Sergey Surovikin yeni “Vaqner” yaradırbackend

General Sergey Surovikin yeni “Vaqner” yaradır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasında yeni hərbi özəl şirkət yaradılıb. Şirkətə Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi altında bu yaxınlarda Əlcəzairdə görünən general Sergey Surovikin rəhbərlik edəcək.

Editor.az Milli Müqavimət Mərkəzinin məlumatına istinadən bildirir ki, Rusiya Müdafiə Nazirliyi öz nümayəndələrini Belarusa və Afrika ölkələrinə – Əlcəzair, Mali və Sudana göndərib.

Ruslar mümkün qədər çox “vaqnerçini” yeni özəl hərbi şirkət vasitəsilə Rusiya Federasiyası ilə müqavilə imzalamağa razı salmağı planlaşdırır.

“Beləliklə, Belarus lideri Aleksandr Lukaşenkonun “Qardservisi” ilə Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi altında yeni Rusiya PMC arasında təlim keçmiş insan resursları üçün rəqabət davam edir”, -məlumatda deyilir.

//Samir Qurbanov, Editor.az