Generala yeni vəzifə verildibackend

Generala yeni vəzifə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov dünən general-mayor rütbəsi alan Raul Süleyman oğlu Zeynalova yeni vəzifə verib.

Qaynarinfo-nun məlumatına görə, nazirin müvafiq əmri ilə Raul Zeynalov Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi rəisinin birinci müavini vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə general-mayor FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini təyin olunub.

Qeyd edək ki, Raul Zeynalov 27.04.1982-ci ildə Şəmkir rayonunda anadan olub.

Bakı Dövlət Universitetini bitirib.

Ailəlidir, iki övladı var.