Generallar döyüşlərlə bağlı yeni detalları açıqladı-VİDEObackend

Generallar döyüşlərlə bağlı yeni detalları açıqladı-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Əfqan Nağıyev Vətən Müharibəsi zamanı ermənilərə məxsus hava hücumundan müdafiə vasitələrinin sıradan çıxarılması zamanı istifadə olunan hərbi taktiki gediş barədə danışıb.

General-leytenant İTV-də yayımlanan “Görünməyən qəhrəmanlar. Dövlət Sərhəd Xidməti” sənədli filmində “An-2” təyyarələrinin müharibə vaxtı oynadığı vacib roldan bəhs edib: “Sentyabr ayının 27-də 20 “An-2” təyyarəsi havaya qalxmış və cəbhə istiqamətində göndərilmişdi. Modernləşmiş “An-2” təyyarələri pilotsuz uçuş aparatı qismində düşmənin hava hücumundan müdafiə sistemləri və radioelektron mübarizə vasitələrinin aşkar edilməsi məqsədi daşıyırdı.

Düşmən məcburiyyət qarşısında birinci müdafiə xəttinə səfərbər etdiyi bütün hava hücumundan müdafiə vasitələrini açmağa məcbur oldu”.


Qeyd edək ki, filmdə DSX-nın 44 günlük müharibədə düşmənə sarsıdıcı zərbələr endirməsi, döyüş əməliyyatları, dövlət sərhədinin bərpası istiqamətində ölüm-qalım savaşlarının detalları, yüksəkliklərin geri qaytarılması haqda indiyədək bilinməyən, deyilməyən məqamlar haqda danışıblar.

Flmin tam versiyasını da təqdim edirik: