Generalların işdən çıxarılması suallar yaradıb: təqaüd yaşı, yoxsa…?backend

Generalların işdən çıxarılması suallar yaradıb: təqaüd yaşı, yoxsa…?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyinin üç generalı işdən çıxarılıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Zahid Hüseynov, MN-nin İdealoji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyev, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanlığının Təşkilat-İnspeksiya rəisi general-mayor Lənkəran Əliyev tutduğu vəzifədən azad olunaraq, təqaüdə göndəriliblər. Bu məsələ ictimaiyyət arasında ciddi suallar yaradıb. Bəziləri generalların işdən çıxarılmasının başqa səbəblərlə bağlı olduğunu düşünürlər.

Qarabağ qazisi, “Qazilər.az” saytının baş redaktoru Rey Kərimoğlu sözügedən qərarlarla bağı “Sherg.az”a danışdı:

“Bildiyimə görə həmin generalların təqaüd yaşı çatıb və ehtiyata göndəriliblər.

Onların arasında ancaq Rasim Əliyevi tanıyırdım. Çox vicdanlı və ləyaqətli adam idi. Milliliyi, vətənpərvərliyi ilə seçilirdi.
Ordu üçün əlindən gələni edirdi. Düşünürəm ki, onun hansısa formada xidmətdə saxlanılması və silahlı qüvvələrimizə yeni töhfələr verməsi yaxşı olar. Digərlərini isə tanımadığıma görə onlar haqqında danışa bilmərəm”.