Gennadi Qudkov: “Kreml dəlisi” dünyanı nüvə silahı ilə hədələməklə, özünü xilas edirbackend

Gennadi Qudkov: “Kreml dəlisi” dünyanı nüvə silahı ilə hədələməklə, özünü xilas edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Putin Ukraynaya qarşı müharibədə uduzacağını yaxşı bilir. Kreml rəhbəri indi gələcək nüvə şantajı üçün şərait yaratmaqla özünü xilas etməyə çalışır.

Editor.az xəbər verir ki, Rusiya Dövlət Dumasının keçmiş deputatı, müxalifət lideri Gennadi Qudkov bildirib. “Putinin indi o qədər də ambisiyaları və yalan fikirləri yoxdur. O, indi özünü xilas etməyə çalışır, çünki o, çox yaxşı başa düşür ki, müharibə hələlik uduzulmasa da, həvaxtsa uduzulacaq. Və onun məğlubiyyətinin ilk qara qu quşları artıq uçur. Bu baxımdan onun tamamilə aydın praqmatik qanlı planı var.

Gələcək nüvə şantajı üçün şərait yaradır. Bu “referendumlar”, ilhaqlar, tribunadan təntənəli çağırışlar, ABŞ-ı soyqırımda ittiham etmək və s. onun əlamətləridir”, – ekspert bildirib. Qudkov eyni zamanda Putini Stalinlə müqayisə edib: “Putin patoloji formalistdir. Onun patologiyası, xarakter özəlliyi, ruhu var. Hər pisliyə, hər cinayətə, hər alçaqlığa bir kağız parçası olmalıdır. Yeri gəlmişkən, Stalin də belə idi. Heç bir edam, sürgün və ya qətl kağız parçalarısız olmurdu. Putin bu baxımdan ona çox bənzəyir, buna görə də “referendum”, “səsvermə” və s. bu kimi kağızlar ona lazımdır”. “İndi də o, dünyanı doktrina ilə hədələyəcək. Artıq buna eyham vurmağa başlayıb. Həmin doktrina isə hazırdır və Patruşev qəsdən bu barədə yazıb. Və birdən-birə kimsə Rusiyaya hücum edərsə, onun mövcudluğuna təhlükə yaradarsa, Putin nüvə silahından istifadə edə bilər. İndi də bu Kremldəki dəli dünyanı nüvə zərbəsi ilə şantaj edəcək”, – deyə müxalifətçi əlavə edib.

  //Samir,Editor.az