Geopolitik oyunda uduzan tərəflər: Azərbaycan rəhbərliyinin səbrli siyasəti bu fəlakəti önləmək üçündür. Amma bir yerə qədərbackend

Geopolitik oyunda uduzan tərəflər: “Azərbaycanın səbrli siyasəti məhz bu fəlakəti önləmək üçündür…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Böyük zəfərlə başa çatan 44 günlük savaş regionda hərbi, siyasi, iqtisadi balansı Azərbaycanın və onun müttəfiqlərinin xeyrinə köklü surətdə dəyişdi. Bu reallıq yeni geopolitik durumun yaranmasına səbəb oldu. Belə ki, Qərbi Zəngəzur koridoru Çindən İngiltərəyə dək hər kəsin maraq dairəsinə daxil oldu”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Siyasi şərhçinin sözlərinə görə İran, Fransa, qismən də Rusiya bu geopolitik oyunda uduzan ya da itirən tərəflərdir:

“Əslində Ermənistanın siyasi dairələri Vətən müharibəsinin yaratdığı reallıqlarla barışmış kimi görünürlər, reallıqla barışmayan və barışmaq istəməyən qüvvələr yuxarıda adlarını çəkdiyim ölkələrdir. Hansı ki, bu ölkələr 30 il əvvəl də ermənilərə dəstək verərək, onları şirnikləndirərək torpaqlarımızın işğalında rol almışdılar.Nəzərə almaq lazımdır ki, Ermənistanın siyası rəhbərliyi ölkəyə tam nəzarət edə bilmir. İrana, Fransaya və Rusiyanın hərbi dairələrinə qulluq edən xeyli hərbi-siyasi qruplar mövcuddur ki, bunlar da regionda sabitliyin olmasında maraqlı olmayan ölkələrin əmrinə müntəzirdilər. Rəsmi Bakı bütün bunları bilir və prosesi doğru oxuyur. Belə görünür ki, artıq rəsmi Bakı kuklalarla yanaşı bu kuklaları oynayanları da açıq hədəf olaraq elan edəcək və yeri, zamanı gəldikdə sərt addımlar atacaq. Pers( Fars) millətçiliyinin yayılımcı siyasəti nəinki İranı, ümumilikdə regionu fəlakətə sürükləyir. Azərbaycan rəhbərliyinin səbrli siyasəti bu fəlakəti önləmək üçündür. Amma bir yerə qədər…”

//Gülnarə Abasova, Editor.az