Geosiyasi şərtlər Donbasda müharibəni labüd edir…backend

Geosiyasi şərtlər Donbasda müharibəni labüd edir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynın Donbasda separatçıların mövqelərinə “Bayraktar” pilotsuzları ilə hücum etməsi və qarşılıqlı artilleriya döyüşləri danışıqların dalana dirənməsi və Moskvanın güzəştsiz mövqeyidir. Ukrayna və Rusiya arasında demək olar ki, danışıqlar baş tutmur və “Normand” formatı, yalnız atəşkəsin saxlanmasına hesablanıb. Bu da Ukraynanın maraqlarına cavab vermir”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ukraynaya ABŞ-ın dəstəyi, NATO-nun fəallaşması, həmçinin Rusiyanın Qara dənizdə hərbi donanmasını inkişaf etdirməsi, ABŞ başda olmaqla NATO -nu hərkətə gətirib:

“Rusiya hazırda geniş miqyaslı müharibədə maraqlı deyil. Əgər, geniş miqyaslı müharibə baş verərsə, Ukrayna ordusu separatçılar üzərində tam qələbə əldə edə bilər. Hazırda Ukrayna ordusunun döyüş qabiliyyəti yüksək səviyyədədir və arsenalında “Leta”l silahlarla təchiz edilib. Müharibə başlayacaqsa, Ukryananın hərbi əməliyyatlarını NATO zabitləri idarə edəcək. Çünki, Ukrayna ordusunun yuxarı eşalonunda Rusiya ilə məxfi əməkdaşlıq edən xeyli zabitlərin olması istisna deyil. Qeyd edim ki, Ukrayna prezidenti V. Zelenskidə müharibənin başlamasında maraqlıdır və Vaşinqtonda prosesə dəstək verir”.

Politoloq bildirib ki, regionda elə bir düyün formalaşıb ki, o, düyünü açmaq üçün Donbasda müharibə qaçılmaz görünür:

“Ukraynaya Rusiya müdaxilə edərsə, Əfqanistandan Tacikstana müdaxilə olacaq. Həm də Suriyada vəziyyət mürəkkəbləşəcək. Ona görə də Rusiya üçün indiki halda müharibə əlverişsizdi. Amma geosiyasi reallıq Donbas müharibəsini labüd edir. Ukrayna bu müharibədə siyasi -hərbi qalibiyyət əldə edə bilər. Azərbaycan Ukryanın ərazi bütövlüyünü tanıyır və Türkiyə də bu müharibədə Ukraynın yanında yer alır”.

//Gülnarə Abasova, Editor.az