Gərginlik pik həddə: Rusiyadan Ermənistana “ağıllı ol” xəbərdarlığıbackend

Gərginlik pik həddə: Rusiyadan Ermənistana “ağıllı ol” xəbərdarlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya əvvəl ekspertlər, indi isə rəsmi səviyyədə Ermənistana xəbərdarlıq etməyə başlayıb”.

Editor.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşr Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Ermənistana ünvanladığı bu hədəsinə diqqət çəkib:

“Avropa institutları istiqamətində bəyanatlar verənlər sadəcə öz ölkələrini itirəcəklər. Avropa Parlamentinin, AŞPA-nın iştirakı ilə hansısa kəskin məsələ və ya münaqişəli vəziyyət həll olunmayacaq. Ona görə də Avropa Parlamentini və AŞPA-nı cəlb etmək istəyənlər on dəfə düşünməli və Ukrayna, Yuqoslaviya və digər ölkələrin timsalında bunun necə bitəcəyini ölçməlidirlər”.

Qəzet Rusiyanın Ermənistana xəbərdarlığının kifayət qədər açıq olduğunu bildirib:

“Gərək sadəlövh olasan ki, Volodinin bu açıqlamasının, mesajının istiqamətini başa düşməyəsən. Əslində Rusiya növbəti dəfə İrəvana xəbərdarlıq edir. Yeri gəlmişkən, artıq İrəvanda H-1 telekanalına müsahibəsində başqa bir rusiyalı – Dmitri Suslovdan bir qədər fərqli ifadələrlə ilə oxşar xəbərdarlığı eşitmişik. Əlbəttə, Suslov ekspert səviyyəsində xəbərdarlıq etdi, ona görə də bunu yarı-rəsmi saydıq. Amma indi yüksək vəzifə tutan bir şəxs – Volodin eyni şeyi söyləyəndə deyə bilərik ki, Moskva artıq rəsmi şəkildə İrəvana xəbərdarlıq edir. Demək istədiyi isə budur: ağıllı ol, əks halda ölkəni itirə bilərsən”.