Gərginlik sona çatır: “Paşinyan hazırdır, yaxınlarda Tiflisdə…” – Şok iddiabackend

Gərginlik sona çatır: “Paşinyan hazırdır, yaxınlarda Tiflisdə…” – Şok iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yaz aylarında Ermənistanda keçiriləcək konstitusiya referendumundan sonra Azərbaycanla sülh müqaviləsini özündə ehtiva edən yeni sənədin imzalanacağı gözlənilir”.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert Ermənistan-Azərbaycan gərginliyi ətrafındakı son gəlişmələrə diqqət çəkib:

“Azərbaycanla Ermənistan arasında konfedensial (gizli) danışıqlar gedir. Zənnimcə, Ermənistan tərəfindən danışıqları bu ölkənin təhlükəsizlik xidmətinin katibi Armen Qriqoryan aparır. Ermənistan prinsipial olaraq Azərbaycanın təkliflərini qəbul edib.

Tərəflər arasında ABŞ-ın vasitəçiliyi ilə danışıqlar gedir. Bunun davamı olaraq, qarşıdakı aylarda Tiflisdə liderlərin görüşünün keçirilməsi istisna deyil. Ermənistan Baş naziri Paşinyan ABŞ-ın vasitəçiliyində maraqlıdır və bu kontekstdə Gürcüstanın paytaxtında mümkün görüşə hazırdır. Artıq ötən günlərdə Ermənistandan verilən açıqlamada Tiflis görüşünə müsbət baxdıqları vurğulanıb”.

Məhəmməd Əsədullazadə Rusiyanın növbəti dəfə bölgədə sülhyaratma prosesini pozmağa çalışacağını söyləyib:

“Rusiya yenə danışıqları pozmaq üçün xarici işlər nazirlərinin Moskvada görüşünü təşkil etməyə çalışır. Amma İrəvan belə bir görüşdə maraqlı deyil. Artıq bir dəfə Lavrovun təşəbbüsü ilə keçirilən görüşə qatılmaqdan imtina ediblər. Bu, hələ də Rusiyada müzakirə mövzusudur. Lavrov və Zaxarova az qala hər açıqlamalarında bunu İrəvana xatırladırlar. Lavrovun sözçüsü Zaxarovanın Ermənistana ünvanladığı son açıqlamalarından biri isə hədələyici tonda idi.

Kremlin səylərinə baxmayaraq, Paşinyan ölkəsini Rusiyadan uzaqlaşdırmaqda israrlı və istəkli görünür. Bunun yolu isə Azərbaycanla sülh müqaviləsinin imzalanmasından keçir. Hesab edirəm ki, yaz aylarında Ermənistanda keçiriləcək konstitusiya referendumundan sonra Azərbaycanla sülh müqaviləsini özündə ehtiva edən yeni sənədlərin imzalanacağı gözlənilir”.

Teleqraf.com