“Gərginliyin artması fonunda genişmiqyaslı hərbi toqquşmalar baş verə bilər və bu halda…”- ŞƏRHbackend

“Gərginliyin artması fonunda genişmiqyaslı hərbi toqquşmalar baş verə bilər və bu halda…”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son dövrlər Naxçıvan və Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələri artıq tez-tez atəşkəsi pozur. Bu da regiondakı sabitliyin bərqərar olmasına imkan vermir”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı mühüm razılıqlar əldə olunub:

” Eyni zamanda, çərçivə sazişinin imzalanma ehtimalı da yüksəkdir. Əgər Ermənistan tərəfi Azərbaycanda keçiriləcək COP29 tədbirində iştirak edərsə, sülh haqqında daha geniş danışmaq olar. Bu ehtimallar bir qədər çoxalar. Ancaq əksinə bütün bunların fonunda Azərbaycanın mövqeləri atəşə tutulur, bu da regionda eskalasiya risklərini artırır. Azərbaycan və Ermənistan arasında sülhü istəməyən bəzi geopolitik mərkəzlər çalışır ki, regionda sabitlik pozulsun və bu qeyri-sabitlik fonunda onların dominant mövqeyi formalaşsın. Məhz buna görə də Ermənistanı qızışdırırlar ki, qeyri-sabit bir mühit yaransın, razılıqlar pozulsun və beləliklə gərginlik artsın. Gərginliyin artması ssenarisində genişmiqyaslı hərbi toqquşmalar baş verə bilər və bu halda bütün məsuliyyət Ermənistan hərbi siyasi rəhbərliyinin üzərinə düşəcək. Ermənistanın dövlətçiliyi də bununla sual altında qalacaq. Ermənistan zənn edirsə ki əldə etdiyi silahlarla bölgədəki status-kvonu dəyişə bilər, bu, yanlış təsəvvürlərdir. Çünki Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var. Bu Müzəffər Ordu öz gücünü Vətən müharibəsində də, lokal xarakterli antiterror tədbirlərində də yetərincə göstərib. Ermənistan nə qədər ki, təxribatlar yolu ilə hərəkət edəcəkdir, bu, özünə mənfi nəticələr doğura bilər”.

//Gülnarə Abasova, Editor.az