Geyimi ilə səs-küy yaradan xorvatiyalı model Bakıda – VİDEObackend

Geyimi ilə səs-küy yaradan xorvatiyalı model Bakıda – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Miss Xorvatiya 2016” titulunun qalibi İvana Knoll Bakıya gəlib. 

Editor.az  axşam.az-a istinadən xəbər verir ki,model əvvəlcə təyyarədən, daha sonra isə Heydər Əliyev adına Hava Limanında videolar yayımlayıb.

İvananın səfərinin məqsədi 28-30 aprel tarixlərində Bakıda keçiriləcək “Formula 1” Azərbaycan Qran Prisini izləməkdir.

Knoll türk mətbəxinin məşhur şirniyyatlarından olan paxlavanın görüntüsünü yayımlayaraq “Nəhayət, pəhrizə başlamağa qərar verdiyim ilk gün. Sevdiyim şirniyyatlar. Salam “tulumba” və “paxlava”, uzun zamandır bu şirniyyatları görmürdüm” sözlərini yazıb.

Qeyd edək ki, İvana 2022-ci ildə Qətərdə keçirilən Dünya Kuboku zamanı məşhurlaşıb. O, açıq geyimdə matç izləməyə yollanıb. Mediada Qətərdə insanların onun ölkəyə gəlişinə qadağa qoyulmasını, həbs olunmasını tələb etdiyi yazılıb. İnsanlar hətta modelin matç izlənməyə buraxılmamasını istəyib.