İş fasiləsində meşədə gəzintiyə çıxan 31 yaşlı Mayk Roberts gördükləri qarşısında məəttəl qalıb.
Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, Roberts ölü adamın barmaqları kimi təqdim etdiyi kəşfini sosial şəbəkədə paylaşıb. Görüntü hər kəs tərəfindən marağa səbəb olub və bəzi şərhçilər fotodakı cismi zombi əlinə bənzədib. Ancaq sonradan Roberts açıqlamasında bildirib ki, kəşf etdiyi cisim bir göbələk növünə aiddir. Bu göbələk növü yalnız İngiltərə və İrlandiyada yetişir. Roberts hadisədən çox təsirləndiyini qeyd edib. O qeyd edib ki, bu hadisədən sonra bir daha tək meşəyə çıxmayacaq.

//Nəzərbəy, Editor.az

