Ginekoloq hamilə qadını boş yerə əməliyyat etdi – Ölkədə qalmaqalbackend

Ginekoloq hamilə qadını boş yerə əməliyyat etdi – Ölkədə qalmaqal

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Assam ştatında ginekoloq qadını qeysəriyyə əməliyyatı edib, vaxtından əvvəl döl aşkar edib və kəsiyi yenidən tikib.

Milli.Az bildirir ki, bu barədə “İndian Express” məlumat yayıb.

Vəziyyəti pisləşən hamilə qadın xəstəxanaya yerləşdirilib. Həkim iki gün onu müşahidə edib və yalnız üç ay yarımdan sonra uşaq dünyaya gətirəcəyini bilsə də, əvvəlcədən ultrasəs müayinəsi olmadan qeysəriyyə əməliyyatı etmək qərarına gəlib. Dölün vaxtından əvvəl doğulduğunu anlayan o, kəsiyi tikdirərək, dölün toxunulmazlığını qoruyub.

Həkim xəstənin ailəsindən bu işi heç kimlə müzakirə etməməyi xahiş etsə də, baş verənləri gizlətmək mümkün olmayıb. Qadın xəstəxanadan çıxanda vəziyyəti yenidən pisləşib, qohumları və qonşuları uğursuz qeysəriyyə əməliyyatından xəbər tutublar. Zərərçəkənin ailəsi araşdırma aparılmasını tələb edib. İşə baxmaq üçün xüsusi komissiya yaradılıb.

 

Qadın hazırda həmin xəstəxanadadır. Ultrasəs müayinəsi dölün zədələnmədiyini göstərib.