GİZLİ TELEFON DANIŞIQLARI üzə çıxdı: Ukrayna Rusiyanın sirr kimi saxladığı rəqəmləri açıqlayıbbackend

GİZLİ TELEFON DANIŞIQLARI üzə çıxdı: Ukrayna Rusiyanın sirr kimi saxladığı rəqəmləri açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsi 2 aydan çoxdur davam edir. Bütün danışıqlar və sülh çağırışları hələ ki, müsbət nəticə verməyib. Digər tərəfdən, Ukrayna və Rusiya tərəfləri hər gün bir-birinin itkiləri barədə açıqlamalar verir.

Editor.az Britaniyanın Daily Mail qəzetində yer alan məlumata istinadən xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti rus əsgərlərinin gizli telefon danışığını üzə çıxarıb. Telefon danışıqlarını dinləyən xidmət rus əsgərinin döyüşdə itkisi barədə məlumat alıb.

Bu danışıqların stenoqramını dərc edən Ukrayna Təhlükəsizlik Xidmətinin iddiasına görə, Rusiya 2 ay ərzində müharibədə 25 min 900 əsgər itirib. Tutulan telefon danışığının başqa bir hissəsində aşağıdakı ifadələrin yer aldığı iddia edildi:

“Briqada komandiri partladılıb. Orqanları çöldə idi. Onu xilas etmək üçün helikopter göndərilib, amma ürəyi buna dözməyib”.

Qeyd edək ki, Rusiya itkin düşmə ilə bağlı son rəsmi açıqlamasını martın 2-də verib. O zaman açıqlanan rəqəm 498 əsgərdən ibarət idi.

//Gülnarə Abasova, Editor.az