“Goldman Sachs” ABŞ iqtisadiyyatı üçün 2022 və 2023-cü il üçün artım proqnozlarındakı dəyişiklikləri açıqlayıbbackend

“Goldman Sachs” ABŞ iqtisadiyyatı üçün 2022 və 2023-cü il üçün artım proqnozlarındakı dəyişiklikləri açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Goldman Sachs Group” beynəlxalq nəhəng investisiya bankı maliyyə bazarlarında baş verən dalğalanmaları əks etdirmək məqsədilə bu il və gələn il ABŞ iqtisadiyyatı üçün ÜDM artımı proqnozlarını yenidən nəzərdən keçirib.

Editor.az “Sabah” qəzetinə istinadla xəbər verir ki, Yan Hatziusun başçılığı ilə iqtisadçılar tərəfindən hazırlanan hesabatda ABŞ iqtisadiyyatı üçün 2022-ci il ÜDM-in artım proqnozu 2,6 faizdən 2,4 faizə, 2023-cü il üçün artım gözləntisi isə 2,2 faizdən 1,6 faizə endirilib.

“Goldman Sachs” iqtisadçıları böyümə tempinin yavaşlamasının boş iş yerlərinin sayının azalmasına kömək edəcəyini, lakin işsizlik nisbətinin bir qədər yüksələcəyini açıqlayıblar. İqtisadçılar önümüzdəki aylarda yüzdə 3,4 olacağını gözlədikləri işsizlik nisbətinin 2023-cü ilin sonunda 3,7 faizə yüksələcəyini proqnozlaşdırırlar.

//Gülnarə Abasova, Editor.az