Gömrük Akademiyasının prorektoru narkotacir imişbackend

Gömrük Akademiyasının prorektoru narkotacir imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az-ın Rusiya mənbələrinə istinadən məlumatına görə, Rusiya Gömrük Akademiyasının prorektoru Zalim Kerefov narkotik vasitələrin darknet vasitəsilə satışı ilə məşğul olub.

Bir gün əvvəl saxlanılan prorektora qarşı külli miqdarda narkotik satmaqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin 4-cü hissəsinin “d” bəndi) ittiham irəli sürülüb. İstintaq universitetin digər rəhbərlərinin cinayətdə iştirakını yoxlayır.

Cinayət işi FSB-nin materialları əsasında açılıb. Rusiya istintaq komissiyasının məlumatına görə, Kerefov 2 kq narkotik vasitə alıb, daha kiçik həcmdə qablaşdıraraq qaranlıq şəbəkə vasitəsilə satıb. Söhbət konkret olaraq hansı narkotik maddədən getdiyi göstərilmir. Müstəntiqlər bildiriblər ki, onlar artıq narkotik maddə olan yeddi əlfəcin aşkar ediblər və onlarla əlaqə təqsirləndirilən şəxslərin kompüter avadanlıqlarında aşkar edilib.

“Bundan əlavə akademiyanın digər yüksək rütbəli əməkdaşlarının da cinayətdə iştirakı yoxlanılır. Dindirilmələr və digər istintaq hərəkətləri aparılır “, – TFR-nin press-relizində deyilir.
Zəlim Kərəfov dünən – iyulun 5-də iş otağında saxlanılıb. “İnterfaks”ın məlumatına görə, prorektor akademiyanın tələbələrinin də cəlb olunduğu narkotik vasitələrin satışı şəbəkəsi yaradıbmış.
Xatırladaq ki, Rusiya Gömrük Akademiyası 1993-cü ildən Moskva vilayətində fəaliyyət göstərir. Onun saytında Zalim Kerefov İnformasiya Texnologiyaları Mərkəzinin prorektor-direktoru kimi göstərilir.

Editor.az