Gömrük Komitəsi Ceyhun Məmmədovun rəhbərlik etdiyi yanacaqdoldurma şəbəkəsinə daha bir protokol yazdı – FOTObackend

Gömrük Komitəsi Ceyhun Məmmədovun rəhbərlik etdiyi yanacaqdoldurma şəbəkəsinə daha bir protokol yazdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azpetrol LTD” MMC-yə daha bir inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi (DGK) MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü (Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsi üzrə protokol tərtib edib.

İş Xətai Rayon Məhkəməsinin hakimi Rəfail Sadıxovun sədrliyi ilə araşdırılacaq.

Xatırlatma: DGK bundan əvvəl MMC ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən də protokol tərtib edib. Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin icraatında olan işə sentyabrın 24-də baxılacaq.

Qeyd: “Azpetrol LTD” 04.10.2004-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 779 106.70 manatdır. Qanuni təmsilçisi Ceyhun Məmmədov Əhməd oğludur.

Azpetrol” benzini az doldurur? - VİDEO Pravda.az