Gömrük Komitəsində yüksək vəzifəyə təyinatbackend

Gömrük Komitəsində yüksək vəzifəyə təyinat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən,  Şahin Bağırov yeni əmr imzalayıb.  

Editor.az.xəbər verir ki, əmrə əsasən Komitə sədrinin birinci müavini İsmayıl Hüseynov Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl  Bakı Baş Gömrük İdarəsinin rəisi Pərviz Kəngərli işdən çıxarılıb.(Unikal)