Google də Rusiyadan getdibackend

Google də Rusiyadan getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Google Rusiyadakı ofisini bağlamasa da, son həftələrdə ölkəni tərk etməyə qərar verən işçilərini ölkədən çıxarmağa başlayıb.

Bu barədə Editor.az “Bloomberg”ə istinadən məlumat verir.

İşçilərin hara köçürüldüyü məlum deyil. Google sözçüsü şərh verməkdən imtina etdi.
Məlumat üçün deyək ki, Google-un Moskva ofisində 244 nəfər işləyirdi. Mənbənin sözlərinə görə, şirkət Kiyev ofisinin işçilərini də ölkədən çıxarıb. Burada da 50-yə yaxın adamı çalışırdı. Məlumatlara görə, şirkət

Ukraynadakı işçilərə “təhlükəsizlik və digər sahələrdə dəstək vermək üçün gecə-gündüz işləyir”.
Xatırlatma: Martın 3-də Roskomnadzor Google-dan YouTube-də Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı “yanlış” reklam mesajlarının yayılmasını dayandırmağı tələb etmişdi.

Editor.az