Populyar naviqasiya tətbiqi Google Maps yeni “Power Saving Mode” rejimi ilə təchiz edilib.
Google-un məlumatına görə, bu funksiya cihazın naviqasiya zamanı batareyasının ömrünü təxminən dörd saatadək uzada bilər (mənbə).
Adi naviqasiya rejimi yüksək enerji sərfiyyatı ilə seçilir, çünki GPS, internet bağlantısı və ekran davamlı işləyir. Yeni rejim enerjiyə qənaət etmək üçün interfeysi sadələşdirir: ekran yalnız növbəti döngə, təxmini gəlmə vaxtı və minimal xəritə göstərir.
//Samir Qurbanov, Editor.az

