Goranboyda arvadını öldürən şəxsin FOTOlarıbackend

Goranboyda arvadını öldürən şəxsin FOTOları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Goranboyda həyat yoldaşını avtomobillə vurduqdan sonra bıçaqla qətlə yetirən şəxs saxlanılıb.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, “Land Rover Discovery” markalı avtomobillə rayonun Dəliməmmədli şəhərində həyat yoldaşı Məmmədova Əfsanə Faxrəddin qızını vuran Mehman Süleymanov sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Bir ildir faktiki olaraq ayrı yaşayan Əfsanə ilə Mehmanın iki oğlu var.

Qeyd edək ki, M.Süleymanov avtomobillə Əfsanəni Dəliməmmədli şəhərində yerləşən musiqi məktəbinin yaxınlığında vurub, daha sonra bıçaqla ona xəsarətlər yetirib. Əfsanə Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı cinayət işi başlanıb.