Goranboyda avtomobil arakəsməyə çırpılıb, xəsarət alan varbackend

Goranboyda avtomobil arakəsməyə çırpılıb, xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şaxtalı hava Goranboy rayonunda yol qəzasına səbəb olub.

Editor.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Goran qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib.

“Ford Transit” markalı kiçiktutumlu yük maşını buzlu yolda idarəetmədən çıxaraq metal arakəsməyə çırpılıb. Qəza nəticəsində 1986-cı il təvəllüdlü sürücü, Gəncə şəhər sakini İsgəndərov Sahib Firdovsi oğlu xəsarət alıb. Ona hadisə yerində ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.