Goranboyda güclü sel: Bəzi kəndlərə gediş-gəliş dayandı – Rəsmi şəxslər ezam olundularbackend

Goranboyda güclü sel: Bəzi kəndlərə gediş-gəliş dayandı – Rəsmi şəxslər ezam olundular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Goranboyda selin fəsadlarının aradan qaldırılması üçün əlavə texnikalar cəlb olunub.

“Report”un məlumatına görə, bəzi kəndlərdə elektrik enerjisinin verilməsi bərpa olunub.

Qeyd edək ki, güclü yağış nəticəsində yaranmış sel suları rayonun Rəhimli, Veyisli, Qazaxlılar, Goranlı, Borsunlu və daha bir neçə kəndinə zərər vurub.

Bir neçə vətəndaşın evinin həyətinə, əkin sahələrinə sel suları dolub, təsərrüfata ziyan dəyib.

Güclü yağışdan sonra Goranboya sel gəlib.

APA-nın məlumatına görə, bu gün rayonun Veyisli, Rəhimli, Qazanbulaq, Borsunlu, Qazaxlar, Goranlı və Qazançı kəndlərində sel suları fəsadlar törədib. Sel suları sözügedən kəndlərdə əkin sahələrini, avtomobil yollarına ziyan vurub.

Bəzi kəndlərə gediş-gəlişdə çətinliklər yaranıb.

Goranboy Rayon İcra Hakimiyyətinin nümayəndələri kəndlərə ezam olunublar.