Goranboyda narkotik yetişdirən şəxs saxlanılıb – FOTObackend

Goranboyda narkotik yetişdirən şəxs saxlanılıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Editor.az-ın yerli bürosuna verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qızılhacılı qəsəbə sakini Ülfət Qurbanovun özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə – Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Əraziyə baxış zamanı oradan 23 ədəd ümumi çəkisi 5 kq 700 qram olan narkotik çətənə kolları aşkar edilərək götürülüb. Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktla RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

//İlham, Editor.az