Görüntüləri gündəm olmuşdu- “Həmas”a aid yük maşınındakı alman qızın taleyi bəlli olubbackend

Görüntüləri gündəm olmuşdu- “Həmas”a aid yük maşınındakı alman qızın taleyi bəlli olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“HƏMAS”ın İsrailə qarşı hücumları zamanı bir çox insanların girov götürülərək Fələstin tərəfinə aparıldığını əks etdirən görüntülər sosial mediada geniş yayılıb. Bu görüntülərdən biri- hərbi maşının yük yerində hərəkətsiz uzanan qadının görüntüsü geniş müzakirə səbəb olmuşdu. Daha sonra bu qadının Almaniya vətəndaşı Şani Louk olduğu üzə çıxdı.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, taleyi müəmmalı olan qız haqqında Almaniya mətbuatı yeni iddia ilə çıxış edib. “Bild” qəzeti dünyanın gündəmində olan Şani Louk adlı gənc qızın sağ olduğunu və Fələstində “Həmas”a aid xəstəxanaların birində müalicə olunduğunu yazıb: “Şani sağ olmasına baxmayaraq, ciddi kəllə-beyin travması keçirdiyi və vəziyyətinin kritik olduğuna dair dəlillərimiz var. Hər dəqiqə önəmlidir”.

Şani Loukun anası isə alman rəsmilərindən kömək istəyib.

“Biz artıq hüquqi səlahiyyət məsələlərini müzakirə etməməliyik”-deyən ana qızı üçün tez bir zamanda tədbir görülməsini tələb edib.

//Samir Qurbanov, Editor.az