Görüşdən GÖZLƏNTİLƏR BÖYÜKDÜR: “Çünki bu dəfə Azərbaycanla Ermənistan arasında…”- Millət vəkili ŞƏRH EDİRbackend

Görüşdən GÖZLƏNTİLƏR BÖYÜKDÜR: “Çünki bu dəfə Azərbaycanla Ermənistan arasında…”- Millət vəkili ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla Ermənistan arasında vasitəçisiz, birbaşa aparılan danışaqlar sayəsində ölkələrarası münasibətlərin normallaşması prosesinə qədəm qoyulub. Belə ki, Baş nazirlərin birinci müavinlərinin rəhbərlik etdiyi komissiyalar arasında keçirilən son görüşdə 4 kəndimizin qaytarılmasına və sərhədlərin delimitasiyasına başlanmasına razılıq əldə edilib”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, bu gün Ermənistanda sərhədlərin delimitasiyası ilə bağlı kütləvi narazılıqların baş verməsinə baxmayaraq hökumət delimitasiya prosesini davam etdirir:

“Belə ki, delimitasiya olunmuş sərhəd xəttində 40-cı dirək basdırılıb. Sərhədlərin delimitasiyası prosesi ilə paralel olaraq iki ölkə arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar da davam etdirilir. Belə ki, növbəti görüşün 10 mayda Qazaxıstanın Alamatı şəhərində Azərbaycanla Ermənistan XİN rəhbərlərinin arasında keçirilməsi nəzərdə tutulur. Görüşdən gözləntilərimiz böyükdür. Çünki Azərbaycanla Ermənistan arasında əsas fikir ayrılığı yaradan məsələ öz həllini tapmışdır. İndi isə texniki məsələlər müzakirə olunur və hesab edirəm ki, bunun üçün uzun müddətə ehtiyac yoxdur. Belə ki, Almatada keçiriləcək görüşdə Azərbaycanla Ermənistan arasında çərçivə sazişi ilə bağlı hər hansı bir sənədi imzalama mərhələsinə gətirilə bilər. Ümumiyyətlə, Mərkəzi Asiya ölkələrində keçirilən görüşlər hər zaman Azərbaycanla Ermənistan arasında gərginliyin azalmasına xidmət edib. Bu baxımdan 30 il əvvəl Bişkekdə imzalanmış sazişə görə müharibə dayandırılmış və münaqişənin danışıqlar yolu ilə həll olunması ilə bağlı qərara gəlinmişdi. İndi isə yenə bir sülh addımı Almatıda atılarsa, bu Azərbaycanla Ermənistan arasında uzun illər davam edən münaqişənin başa çatması ilə bağlı sazişinin türk dövlətində imzalanması kimi növbəti bir tarixin yazılması olacaq”.

//Gülnarə Abasova, Editor.az