Göyçay sakininin evində tiryəkxana aşkarlanıb – FOTO/VİDEObackend

Göyçay sakininin evində tiryəkxana aşkarlanıb – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs ifşa edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

 

Bildirilib ki, şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Şəfiyevin evində tiryəkxana təşkil etməsi barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı o, şübhəli şəxs qismində saxlanılıb. Yaşadığı ünvana baxış keçirilən zaman oradan külli miqdarda heroin, psixotrop maddə metamfetamin (“patı”) və metadon həbləri aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.