Göyçayda dağlıq ərazidə itkin düşən qadın və kişinin yeri müəyyən edilib – YENİLƏNİBbackend

Göyçayda dağlıq ərazidə itkin düşən qadın və kişinin yeri müəyyən edilib – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçayda dağlıq ərazidə itkin düşən qadın və kişi tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) işçiləri onları çıxarmağa çalışırlar.

Onlar şəhərin Şimalındakı dağlıq ərazidə itmiş qoyunlarını axtararkən qayadan dərəyə yıxılıblar.

Nəticədə 1992-ci il təvəllüdlü Kamran Eminov və 1984-cü il təvəllüdlü Nərgiz İbrahimova köməksiz vəziyyətdə qalıblar.

Onların xilas olunması üçün FHN-in “112” qaynar xətt mərkəzinə məlumat verilib.

Xilasedicilər gecə saatlarında çətin relyefli dağlıq ərazidə itkin düşən şəxslərin yerini müəyyən ediblər.

Hazırda qadın və kişinin, eləcə də dərəyə düşən təxminən 15 baş qoyunun çıxarılması üçün işlər görülür.

Kamran Eminovun xəsarət aldığı bildirilir.

15 avqust, 23:30

Göyçay rayonunda üç nəfər dağlıq ərazidə itkin düşüb.

APA xəbər verir ki, bu gün axşam saatlarında Göyçay sakinləri, şəhərin Şimal istiqamətindəki dağlıq ərazidə itmiş qoyunlarını axtararkən dərəyə düşüblər.

Köməksiz vəziyyətdə qalan şəxslər FHN-in “112” qaynar xətt mərkəzinə məlumat veriblər.

Hadisə yerinə cəlb edilən xilasedicilər hazırda itkin düşən şəxslərin tapılaraq çıxarılması üçün əməliyyat tədbirləri həyata keçirir.

Əlavə məlumat veriləcək.