Göyərtədə dava düşdü və təyyarə məcbiri eniş etdibackend

Göyərtədə dava düşdü və təyyarə məcbiri eniş etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Memmingendən Kutaisiyə uçan Wizz Air təyyarəsi göyərtəsindəki dava səbəbindən Rumıniyanın Kluj-Napoka şəhərinə məcburi eniş edib.

Editor.az bildirir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb. Hadisə şahidlərinin sözlərinə görə, bir neçə sərnişin arasında münaqişə baş verib və nəticədə davaya çevrilib. Dava nəticəsində kişilərdən birinin üzü mobil telefonla sındırılıb. Ekipaj təyyarəni Rumıniyanın Kluj-Napoka şəhərinə endirmək qərarına gəlib. Dava iştirakçıları polisə təhvil verilib və bundan sonra təyyarə Kutaisiyə uçub.

//Samir Qurbanov, Editor.az