Göyərtəsində 408 sərnişin olan Rusiya təyyarəsi qəza enişi etdibackend

Göyərtəsində 408 sərnişin olan Rusiya təyyarəsi qəza enişi etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aeroflot şirkətinin “Boeing 737” təyyarəsi Rusiyada qəza enişi edib.

Editor.az Rusiyanın “RİA Novosti” və “Telegram Mash” agentliklərinin məlumatına görə, təyyarə Moskvadan qalxandan sonra Yujno-Saxalinskdə təcili eniş edib.

Fövqəladə enişə səbəb eniş şassilərində problemlər olub. Yerli hava limanının mətbuat xidməti daha sonra bildirib ki, “Boeing 777”nin göyərtəsində 14 ekipaj üzvü və 408 sərnişin olub, mütəxəssislər problemin texniki səbəbini tapıblar və hazırda onu aradan qaldırırlar.

//Samir Qurbanov, Editor.az