Göyərtəsində altı ekipaj üzvü olan Türkiyənin “Batuhan A” yük gəmisi Mərmərə dənizində batdıbackend

Göyərtəsində altı ekipaj üzvü olan Türkiyənin “Batuhan A” yük gəmisi Mərmərə dənizində batdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu səhər Mərmərə dənizində baş verən fırtına zamanı göyərtəsində altı ekipaj üzvü olan Türkiyənin “Batuhan A” yük gəmisi batıb.

Fövqəladə vəziyyət siqnalı saat 06:32-də qəbul edilib. Faciə yerinə gələn sürətli qayıq gəmidən heç bir iz tapmayıb və dərhal xilasetmə işlərinə başlanılıb.

Editor.az Türkiyənin “Yeni Şafak” qəzetinə istinadən xəbər verir ki, 69 metr uzunluğunda yük gəmisi İmralı adasının cənub-qərbində batıb. Türkiyə vətəndaşı olan 6 nəfərdən ibarət batmış gəminin ekipajının xilas edilməsi üçün intensiv iş aparılır”, – Bursa valisi Mahmud Demirtaş deyib. Bölgəyə Sahil Mühafizə Baş İdarəsindən iki qrup, həmçinin Balıkəsir şəhərində Bandırma bölgəsindən bir qrup göndərilib. Nəqliyyat və İnfrastruktur Nazirliyi isə 6 nəfərlik ekipajın axtarışında hələ ki, yalnız boş bir xilasetmə gəmisinin aşkar edildiyini açıqlayıb.

Hadisə yerində Nəqliyyat və İnfrastruktur Nazirliyinin Baş Sahil Mühafizəsi İdarəsinin “KEGM-6” və “KIYEM-4” yüksək sürətli xilasetmə qayıqları işləyir. Gəminin batdığı ərazidə dalğaların hündürlüyü üç metrə çatır ki, bu da bütün mümkün vasitələrdən istifadə edilməklə aparılan axtarış tədbirlərini ciddi şəkildə çətinləşdirir.

Axtarış aviasiyasının işində də çətinliklər var – hava şəraiti pis olduğundan helikopterlər havaya qalxa bilmir.

//Samir Qurbanov, Editor.az