Göygöldə avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb – FOTObackend

Göygöldə avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki avtomobillərdən təhlükəsizlik kameralarının qarşısında oğurluq edən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Editor.az-ın yerli bürosuna verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakinləri İbrahim Qasımov və Bəxtiyar Hacızadə rayonun Hacıməlik qəsəbəsində vətəndaşlara məxsus avtomobillərə qeyri-qanuni yolla daxil olaraq oradan oğurluq cinayəti törədiblər

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

//İlham, Editor.az