Gözəllik və sağlamlıq üçün ən faydalı içkilər bunlardırbackend

Gözəllik və sağlamlıq üçün ən faydalı içkilər bunlardır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnsanın sağlamlığı əsasən onun qidalanmasından asılıdır. Bura yalnız yemək deyil, həm də içkilər daxildir, çünki onlar bir insanın bədəninin ümumi vəziyyətinə, rifahına və görünüşünə əhəmiyyətli dərəcədə təsir göstərə bilər”.

Editor.az xəbər verir ki, bunu qastroenteroloq Şota Kalandia ən faydalı içkilər barədə danışarkən deyib.

Həkim bildirib ki, hər şeydən əvvəl o, sağlamlığın qorunmasında, həzmin yaxşılaşdırılmasında, qida maddələrinin udulmasında və toksinlərin xaric edilməsində mühüm rol oynadığı üçün adekvat miqdarda adi su içməyi tövsiyə edir:

“Su ümumiyyətlə bütün orqan və sistemlərin normal fəaliyyətini dəstəkləyir. Mütəxəssis hər biri müxtəlif faydalı xüsusiyyətlərə malik olan təzə sıxılmış təbii meyvə şirələrinin faydalarını da diqqətə çatdırıb.

Beləliklə, qaragilə şirəsi görmə qabiliyyətiniz üçün faydalıdır və bədəninizin cavan qalmasına kömək edir. Nar şirəsi ürək və qan damarlarına müsbət təsir göstərir. Çuğundur şirəsi yüksək lif və pektin tərkibinə görə bədəndən ağır metalların çıxarılmasına kömək edir və zərərli bakteriyaların böyüməsinin qarşısını alır”.

O, tərkibindəki yüksək antioksidant tərkibi sayəsində orqanizmdə qocalma prosesini ləngitməyə kömək edən yaşıl çayın faydalarından da danışıb:

“Təbii qəhvənin faydalarını da qeyd etmək yerinə düşər. Bu içkinin tərkibində kollagen istehsalını stimullaşdıran kofein turşusu var ki, bu da dərinin möhkəm və elastik qalmasına kömək edir. Qəhvə həmçinin hüceyrələri sərbəst radikalların dağıdıcı təsirindən qoruyan antioksidantlarla zəngindir”.

Həkimin diqqət çəkdiyi digər sağlam içki kakaodur. Tərkibində dərinin susuzlaşmasının qarşısını alan pantotenik turşu və kollagen istehsalını stimullaşdıran fol turşusu var.

Sonda həkim bu içkilərin bəzilərinin əks göstərişlərinin ola biləcəyini xatırladıb və onları qəbul etməzdən əvvəl mütəxəssislə məsləhətləşməyin tövsiyə olunduğunu bildirib.

//Gülnarə Abasova, Editor.az