Gözlənilməz eniş: Xarici ticarətdəki azalma hansı risklər yaradır?backend

Gözlənilməz eniş: Xarici ticarətdəki azalma hansı risklər yaradır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlin ilk aylarında xarici ticarət göstəricilərində müşahidə olunan azalma iqtisadi proseslərin mövsümi və bazar amilləri ilə sıx bağlı olduğunu göstərir. Qlobal enerji bazarındakı dəyişikliklər və daxili iqtisadi aktivliyin dinamikası bu göstəricilərə birbaşa təsir edən əsas faktorlar kimi çıxış edir.

İqtisadçı ekspert Natiq Cəfərli Editor.az-a açıqlamasında bildirib ki, ticarət dövriyyəsinin azalmasının əsas səbəblərindən biri ilin əvvəlində neftin həm həcminin, həm də qiymətinin aşağı olması ilə bağlıdır:

“Satılan neftin həcmi azalmışdı və eyni zamanda qiymətlər də aşağı səviyyədə idi. Lakin mart ayından etibarən qiymətlərdə artım müşahidə olunur və ehtimal etmək olar ki, mart-aprel aylarında göstəricilər daha fərqli olacaq.

İdxalın azalmasına gəldikdə isə, bu, əsasən əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi ilə izah olunur. Alıcılıq qabiliyyəti aşağı düşdükcə, ölkəyə gətirilən mal və xidmətlərin həcmi də azalır. Bundan əlavə, ilin əvvəlində dövlət sifarişləri üzrə xaricdən alınan məhsulların həcmi adətən daha az olur. İlin ortalarına və sonuna doğru isə bu göstəricilər artır.

Dövlət xətti ilə həyata keçirilən sifarişlər çərçivəsində idxal olunan tikinti materialları və texniki avadanlıqların həcminin azalması da ümumi ticarət dövriyyəsinə təsir edən mühüm amillərdəndir. Yəni qeyd olunan bu iki əsas faktor ticarət dövriyyəsinin azalmasında ciddi rol oynayır”.

//Gülnarə Abasova, Editor.az