Gözlənilməz qərar: Vəziyyət gərginləşir – İmran Xanın istefası….backend

Gözlənilməz qərar: Vəziyyət gərginləşir – İmran Xanın istefası….

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vəzifəsindən azad edilməsi üçün etimadsızlıq təklifi verilən Pakistan Baş naziri İmran Xan erkən seçkilərə çağırış etmiş, Prezident Arif Əlvi isə parlamenti buraxmışdı.

Bundan sonra Pakistan Konstitusiya Məhkəməsi parlamentin Xana qarşı etimadsızlıq səsverməsini rədd etdiyinə dair qərarı ləğv edib və parlamentin yenidən qurulmasına və şənbə günü parlamentdə sözügedən etimadsızlıq səsverməsinin keçirilməsinə qərar verib.

Məhkəmə yekdilliklə qərarı qəbul edib.

Məhkəmədən verilən açıqlamada baş nazirin 03.04.2022-ci il tarixdə parlamentin buraxılması ilə bağlı prezidentə təqdim etdiyi tövsiyənin konstitusiyaya zidd olduğu və hüquqi qüvvəyə malik olmadığı bildirilib və heç bir halda parlamentin buraxıla bilməyəcəyi bildirilib.

Pakistan Müsəlman Liqası-Nəvaz (PML-N) lideri Şahbaz Şərif hökmdən sonra verdiyi açıqlamada məhkəmənin xalqın gözləntilərini doğrultduğunu deyib.

Pakistan Xalq Partiyasının (PPP) həmsədri Bilaval Bhutto Zərdari Konstitusiya Məhkəməsinin qərarının demokratiya və konstitusiyanın qələbəsi olduğunu söyləyib.

Məhkəmənin qərarından sonra müxalifət partiyalarının tərəfdarları bir çox şəhərlərdə küçələrə çıxaraq bunu atəşfəşanlıqla qeyd ediblər.

Kanal.az