Güclü partlayış 1,2 milyard dollar dəyərindəki akvaparkı yox etdibackend

Güclü partlayış 1,2 milyard dollar dəyərindəki akvaparkı yox etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə güclü partlayış İsveçin 1,2 milyard dollar dəyərində ən böyük akvaparkını dağıdıb.

Editor.az bildirir ki, bu barədə “Reuters” xəbər verib. Hadisə İsveçin qərbində, Göteborq şəhərində baş verib.

Şahidlər və fövqəladə hallar xidmətlərinin bildirdiyinə görə, bazar ertəsi yarımçıq əyləncə parkında böyük yanğın baş verib, açıq su sürüşmələrini və əlaqəli strukturları əhatə edib. Yalnız bundan sonra silsilə partlayışlar baş verib.

Parkın tikintisi davam etdiyi üçün ziyarətçilərin olmadığı iddia edilir. Açılış yalnız bu ilin ortalarına planlaşdırılırdı. “Apnews”un məlumatına görə, sonradan 12 nəfərin yaralandığı məlum olub. Onların yüngül xəsarətləri var.

//Samir Qurbanov, Editor.az